Badamdarda sürüşmənin alt hissəsində yeni çatlar qeydə alınıb

Badamdarda sürüşmənin alt hissəsində yeni çatlar qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
23 noyabr  2018-ci il tarixində Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
TİA.AZ  xəbər verir ki, son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində  asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb.
Monitorinqlər davam etdirilir.