Badamdarda sürüşmə evlərin hasarlarına yaxınlaşır

Badamdarda sürüşmə evlərin hasarlarına yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Badamdarda sürüşmə zonasındakı çatlar gözlə görünəcək qədər artıb.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazinin 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür:

“Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır. Evlərin hasarları istiqamətində yaxınlaşmalar var”.

Əziz Qaralov qeyd edib ki, sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa, gözlə görüləcək artım müşahidə olunur.