“Badam Medical Center”in səyyar klinikası Beyləqanda olacaq.
Tribunainfo.az xəbər verir ki, səyyar klinika iyunun 3-dən 17-dək bu rayonda fəaliyyət göstərəcək.
Klinikanın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Çingiz Özgür bildirib ki, məqsəd regionlarda əhalinin gözlə bağlı problemlərinin həllinə dəstək olmaqdır.
Beyləqan Rayon İcra Hakimiyyəti və Badam Klinikasının birgə tədbiri olan bu layihədə, göz müayinələrindən keçən vətəndaşlara həkim məsləhətləri veriləcək, ehtiyac yaranan hallarda müalicə ediləcək, cərrahi müdaxiləyə gərək olarsa, İcbari Tibbi Sığortanın dəstəyi ilə göndərişlər alınaraq BADAM Medical Centerdə peşəkar oftalmoloq-cərrahlarımız tərəfindən əməliyyat ediləcək.
Müayinələri tibb ocağının NUR Göz Mərkəzinin həkimləri edəcək.
Səyyar klinika İcra Hakimiyyəti binasının qarşısında dayanacaq.
Əlavə məlumat almaq istəyənlər 0553525571, 0125386699, *6699 nömrələrinə zəng edə bilərlər