Badalyandan Başkənd sayıqlaması: Anklavlar dəyişdirilə bilərbackend

Badalyandan Başkənd sayıqlaması: Anklavlar dəyişdirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası zamanı bəzi ərazilərlə bağlı referenduma gedə biləcəklərini bildirib. Tribunainfo.az xəbər verir ki, erməni baş nazir deyib ki, bəzi ərazilər var ki, orada sərhəddi 100-200 metr keçmək və ya dəyişdirmək məsələsi ortaya çıxa bilər.
Bununla bağlı açıqlama verən politoloq Akop Badalyan deyir ki, Paşinyanın referendum məsələsini gündəmə gətirməsi səbəbsiz deyil. O iddia edib ki, əgər hökumət referendumdan danışırsa, deməli daha böyük ərazilərin mübadiləsi nəzərədə tutulur.
Onun təxmini budur ki, Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsinə səbəb olan bir neçə yaşayış məntəqəsi var. “Böyük ehtimalla Ermənistan Başkənddən, Azərbaycan isə anklavlardan imtina edəcək”.