Bacısının ərini dəhşətli şəkildə qətlə yetirdibackend

Bacısının ərini dəhşətli şəkildə qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adanada bir şəxs bacısı ilə pis rəftar etdiyi üçün bacısının ərini mübahisə zəminində öldürüb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,
iddiaya görə, bir uşaq atası Səməd Gençdal (23) qaynı Əli Yeşilbudak (37) ilə evdə görüşüb.

Bir müddət sonra hər ikisi mübahisə etməyə başlayıb. Mübahisə zamanı Əli Yeşilbudak qaynı Səməd Gençdalı tapança ilə ayağından vuraraq qaçıb.

Xəbər üzərinə əraziyə gələn sağlamlıq qrupları ayağından güllə yarası alan Səməd Gençdalı Adana Şəhər Xəstəxanasına aparıb. 2 gündür həyat mübarizəsi verən Gençdalı edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.