Bacısının təhsil almasını istəməyən gənc oğlan onun oxuduğu məktəbə hücum edib, bacısı da daxil 5-ə yaxın müəllimə xəsarət yetirib.
Tribunainfo.az yazır ki, hadisə Türkiyənin Adana şəhərində yaşanıb. Belə ki, böyük qardaşı Berat Ziyanak bacısının təhsil almaçaaını, evdə oturmasını istəyib. Buna qarşı çıxan qız dərsə gəlməyə davam edib. Bacısının məktəbə getdiyi bilən qardaş onun təhsil aldığı məktəbə hücum edib. Sinifə daxil olan Berat bacısını döyərək otaqdan çıxarmağa çalışıb. Məktəbin müəllimləri mıktəblini qardaşının əlindən alsalar da, şəxs onları da vurub. Berat Ziyanak məktəbdə 2-si qadın olmaqla 5 müəlliməyı xəsarət yetirib.