Xəbər verdiyimiz kimi martın 21-də “Şıx” çimərliyində bacı və qardaş intihar edib.
Xəbər verdiyimiz kimi martın 21-də “Şıx” çimərliyində bacı və qardaş intihar edib.
Musavat.com-un məlumatına görə, gecə saat 12 radələrində Yasamal rayon sakinləri, 1957-ci il təvəllüdlü Rauf Təyyar oğlu Əliyev və 1963-cü ildə anadan olmuş Gülnar Təyyar qızı Səlimovanın meyitləri aşkar olunub.
Məlum olub ki, onlar özlərini dənizə ataraq intihar ediblər.
Əldə etdiyimiz məlumata görə, Rauf Əliyev ruhi xəstə olduğu üçün ona bacısı Gülnar Səlimova baxırmış. Həyat yoldaşı ilə tez-tez mübahisə edən Gülnar Səlimova martın 21-də, hadisədən bir saat əvvəl oğlu ilə telefonla danışan zaman intihar edəcəyini bildirib.
Məlumata görə, G.Səlimovanın ruhi xəstə qardaşını da özü ilə intihara sürükləməkdə məqsədi, onu kiminsə ümidinə buraxmamaq olub. Telefon danışığından sonra G.Səlimovanın oğlu dəniz kənarına gəlsə də, artıq gec olub.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.