“Qarabağın etnik erməniləri Azərbaycanda yaşamaq istəmədikləri üçün Ermənistana gedəcəklər”.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Ermənistan prezidentinin müşaviri Davit Babayan məlumat verib.
“Xalqımız Azərbaycanda yaşamaq istəmir, 99,9% erməni Qarabağı tərk etməyə üstünlük verir”, – Babayan bildirib.
O bildirib ki, 120 minlik Qarabağ sakininin Laçın dəhlizi ilə nə vaxt hərəkət edəcəyi bəlli deyil.
“Yazıq xalqımızın taleyi tarixdə erməni xalqı və bütün sivil dünya üçün utanc və rüsvayçılıq kimi qalacaq. Bizim taleyimizə cavabdeh olanlar bir gün günahlarına görə Allah qarşısında cavab verəcəklər”, – deyə Babayan bildirib.