Qarabağdan qaçaraq, Ermənistana sığınan separatçıların qondarma “parlamenti” dünən iclas keçirməyə cəhd edib. Tribunainfo.az xəbər verir ki, həmin yığıncaqda sentyabrın 19-nu “anım və soyqırım günü” kimi qəbul edilməsi müzakirə olunub.
Lakin Samvel Babayan və tərəfdarları separatçıların planını pozublar. Belə ki, qondarma “parlament”də təmsil olunan Babayan tərəfdarları iclasa qatılmaqdan imtina ediblər. Nəticədə kvorum yaranmayıb və iclas baş tutmayıb.