Babayan: Şahramanyan 8-9 ay sonra nə edəcək?backend

Babayan: Şahramanyan 8-9 ay sonra nə edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdan qaçaraq, Ermənistana sığınmış separatçılardan biri Samvel Babayan ötən gün yerli mediaya bir sıra açıqlamalar verib. Tribunainfo.az xəbər verir ki, Babayan müsahibəsində İrəvanda mənzillənmiş separatçıların ömrünə 8-9 ay qaldığını qeyd edib. “8-9 aydan sonra Qarabağ “prezidenti” və “deputat”ların səlahiyyət müddəti bitəcək. Sonra nə edəcəksiz?” deyən Babayan təklif edib ki, növbəti mərhələ üçün “seçkili orqan” yaradılmalı, özü isə onun rəhbəri olmalıdır.

Separatçıların nümayəndəsi daha sonra bildirib ki, Ermənistan “mühacirətdə olan hökuməti” qəbul etmir. “Ona görə də, mən qeyri-hökumət təşkilatı yaratmağı təklif edirəm. “Deputat” kimi onlar QHT-nin təsisçisi olsunlar”. Babayan onu da vurğulayıb ki, Qarabağdan köçən ermənilər Ermənistana inteqrasiya etməlidir.
Onun iddiasına görə, əgər Ermənistanla Azərbaycan arasında bütün parametrlər üzrə razılaşma olsa belə, heç bir azərbaycanlı Ermənistana yaşamağa gəlməyəcək.
Separatçı onu da deyiib ki, ermənilər, həm öz istədiklərini, həm də azərbaycanlıların nə istədiyini başa düşməlidir. “Danışıqlarda 4 məqam olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan demarkasiyasıdır ki, bu da 1925-1926-cı illərin xəritəsi ilə aparılmalıdır. İkinci məqam diplomatik münasibətlərin qurulması və səfirliklərin olmasıdır. Üçüncü məqam gömrük məsələlərinin elə tənzimlənməsidir ki, tıxac yaranmasın. Keyfiyyətli yollar çəkmək, bir-biriylə zorla danışmamaqdır. Müqavilədə yolun eni 4 metr olmalıdır, başqa heç nə”.

Babayan etiraf edib ki, Ermənistan indiki hərəkəti ilə nə özü inkişaf edir, nə də qonşu ölkələrə bu imkanı verir. “Azərbaycan öz inkişafını və biznesini logistikaya, yollara, tranzit ölkə olmasına qoyub. Tranzit ölkə olan Gürcüstan da bunu edir. O butulkanın ağzını özümüz bağlamışıq, heç kimin inkişafına imkan vermirik, özümüz də inkişaf etmirik”.

“İndi Azərbaycan sizdən alternativ logistik marşrut istəyir. Deyirik ki, bizdən dəhliz istəyirlər, bununla da qonşularımızı özümüzə qarşı qoyuruq” deyən Babayan vurğulayıb ki, “Biz tranzit ölkəyə çevrilirik, biz də inkişaf edirik, qonşularımız da. Amma biz başqa yol seçmişik və onun adını sülh qoymuşuq”.
Separatçıların nümayəndəsi sonda onu da bildirib ki, Ermənistan hakimiyyətinin sülh kəsiməsi təklifi regionu müharibəyə aparmaq deməkdir. “Sizin İranla 2-3 memorandumunuz var ki, orada böyük su elektrik stansiyası tikməlisiniz. Hindistan, İran, Ermənistan və Gürcüstan ərazisindən Bolqarıstana gedəcək qaz kəməri həmin su elektrik stansiyasının üstündən keçməlidir. Azərbaycan onun altından keçməlidir, Orta Asiya ölkələri, Rusiya, Türkiyə, Suriya və digər dövlətlər də ondan keçəcək. Bu əsl kəsişmədir. Bu, Ermənistanın inkişaf yoludur”.