Babacanyan: “Vaşinqtondakı sənəd imzalanması pis şey deyil”

Babacanyan: “Vaşinqtondakı sənəd imzalanması pis şey deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqtonda imzalanacaq istənilən sənəd Ermənistanın “kadastr kağızı” olmayacaq”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri qatı Anti-Azərbaycançı, jurnalist Hasmik Babacanyan yazıb.

O, “Hraparak” qəzetindəki məqaləsində qeyd edib ki, həmin sənəd hətta evlilik sənədi qədər əhəmiyyətli olmaya bilər.

Amma Babacanyan hesab edir ki, memorandumun imzalanması pis bir şey deyil. “Ermənistanın bu qədər güzəşt və təhqirlərindən sonra nəhayət ki, anlaşma memorandumu imzalanacaq. Amma Ermənistanın güzəştləri davamlı olacaq”.

Fərda Uğur