Baba və nənələri eyni olan şəxslərin evliliyinin qadağan edilməsi təklif edilir

Baba və nənələri eyni olan şəxslərin evliliyinin qadağan edilməsi təklif edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Komitəsi baba və nənələri eyni olan şəxslərin evliliyinin qadağan edilməsini təklif edir. Ümid edirəm ki, ictimaiyyət də bu fikirlə razılaşar.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bu gün keçirilən “Qohum nikahları” ilə bağlı ictimai müzakirədə deyib.

O bildirib ki, Azərbaycanda doğulan əlil uşaqların statistikası ürəkaçan deyil:

“Düzdür, real statistikanı əldə etmək mümkün olmasa da, əlillik alan və əlilliyə görə müavinət alan şəxslərin sayını birləşdirməklə bununla bağlı müəyyən rəqəm əldə edə bilirik. Təxminən 70 minə yaxın əlilliyi olan uşaq var”.

Qohum nikahların əlilliyə təsiri barədə danışan Taliyə İbrahimova deyib ki, bununla bağlı araşdırmalara ehtiyac var.