Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub?backend

Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Keçmiş deputat Baba Tağıyevə məxsus “Tağıyev” Şirkəti inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati protokol tərtib edilib. İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şəfəq Məmmədovanın icraatına verilib.
İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaqla bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

“Tağıyev” Şirkəti əvvəllər “Avropa qapıları” adı altında fəaliyyət göstərib. Şirkət 27 dekabr 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 37 927,4 manatdır. “Tağıyev” Şirkətinin qanuni təmsilçisi Tağıyev Baba Əli oğludur.

Baba Tağıyev üçüncü çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil edib.
Baba Tağıyev 2007-ci ildə Milli Məclisin iclasında hökumətin hesabat zamanı deputat Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında baş verən insidentlə gündəmə gəlmişdi. O, həmin vaxt yerindən qalxaraq yeyin addımlarla tribunaya tərəf getmiş və oradan deputatlara xitab edərək onları  sakitləşdirməyə çalışmışdı. Onun bu addımı Milli Məclis rəhbərliyinin qəzəbinə səbəb olmuşdu.