“AZƏRENERJİ”nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium şirkəti açıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O bildirib ki, Fərid Fərhadzadə bu ilin martında ad gününə özəl olaraq Londonda ALUFAR UK LIMITED şirkətini qeydiyyatdan keçirib. “Sənədlərə görə şirkətin direktoru Vüqar Axundov adlı şəxsdir, benefissiarı isə Fərid Fərhadzadədir”.
Həsənli qeyd edib ki, Baba Rzayevin kürəkəni yeni şirkətini Londonda İsrail vətəndaşı kimi təsis edib. “Şirkətə 25120 fəaliyyət kodu– metal qapı və pəncərə istehsalı lisenziyası verilib. Bu sahə əsasən müxtəlif növ metal materiallardan (məsələn, alüminium, polad, dəmir və s.) qapı, pəncərə və onların çərçivələrinin istehsalı ilə məşğul olan müəssisələri əhatə edir”.
Qeyd edək ki, Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Fərhadovun oğludir.
Xatırladaq ki, onun adı bir qədər əvvəl DOST Mərkəzinə obyekt icarə verməsi məsələsində də adı hallanmışdı. Belə ki, həmin anlaşmaya əsasən Fərid Fərhadzadə DOST Mərkəzdən ofis üçün iki illiyinə 5 milyon icarə haqqı almışdı.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur