Ötən günlərdə Baş nazir tərəfindən şiddətli töhmət almış “Azərenerji”nin prezidenti Bababala Rzayev, növbəti dəfə Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin “qəzəbi”nə tuş gəlib. Tribunainfo.az xəbər verir ki, bu gün Dövlət Xidməti “Azərenerji”nin daha iki tenderini ləğv edib.
Rəsmi qaynaqlarda qeyd edilir ki, dəyəri toplam 400 min manat olan Azərbaycanda Bəpra Olunan Enerjidən İstifadənin genişləndirilməsi layihəsi (AZURE) üzrə SCADA sisteminin təkmillləşdirilməsi üçün məsləhət xidmətinin və Azərbaycanda Bəpra Olunan Enerjidən İstifadənin genişləndirilməsi layihəsi üzrə WAMS/ WACS sisteminin təkminləşdirilməsi üçün məsləhət xidmətinin satın alınmasına dair satınalma müqaviləsinə xitam verilib.
Buna səbəb isə mövcud qanunların əsas tələblərinin kobud şəkildə pozulması olub. AİİBNX belə bir qənaətə gəlib ki, Bababala Rzayevin rəhbəri olduğu qurum tenderə ən azı 3 şirkətin qatılmadı tələbini yerinə yetirməyib.
Xatırladaq ki, AİİBNX iki həftə öncə “Azərenerji”nin bir gündə 3 tenderini ləğv etmişdi. Həmin satınalma müqavilələrinin toplam dəyəri isə 130 milyon manatdan çox olub.