“Azərenerji” ATSC-nin bir müddət əvvəl elan etdiyi tenderin nəticəsi dünən ləğv olunub. Tribunainfo.az xəbər verir ki, buna səbəb İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin müasbiqənin düzgün keçirilmədiyi barədə rəy verməsi olub.
Belə ki, “Azərenerji” Azərbaycan enerjisistemi üzrə 250 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin (BESS) optimal yerləşmə yerlərinin təyin edilməsi, təfsilatlı layihələndirilməsi və tikintisi üçün texniki şərtlərlə birlikdə ilkin layihələndirmə və tender sənədlərinin hazırlanmasını reallaşdırmaq istəyib. Bu məqsədlə 350.000 manat ayrıdığı da rəsmi mənbələrdə vurğulanır.
Lakin qurum “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsini pzoduğu üçün Antiinhisar Xidməti onun ləğvinə qərar verib.
Xatırladaq ki, bu, “Azərenerji”nin elan etdiyi tenderlərin ilk ləğvi prosesi deyil. Bir qədər əvvəl də sözügedən dövlət xidməti qurumun bir neçə tenderinin nətiəcələrini ləğv etmişdi. Bu zaman Bababala Rzayevin rəhbəri olduğu qurumun qanunları pozduğu, qiymətləri isə şişirtdiyi müəyyən edilmişdi.