AZYAŞLILARIN QUYUDAN MEYİTİ TAPILDI… NƏRİMANOVDA DA TƏKRARLANA BİLƏR…backend

AZYAŞLILARIN QUYUDAN MEYİTİ TAPILDI… NƏRİMANOVDA DA TƏKRARLANA BİLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyiti aşkar edilib. Azyaşlıların üzərində heç bir xəsarət aşkarlanmayıb. Quyuya düşən uşaqların ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Nərimanov rayonunda da hər an bu cür faciə yaşana bilər.

Tribunainfo.az xəbər verir ki, sözügedən rayonda yarıtikilinin qarşısında ağzı açıq formada qalmış böyük quyular təhlükə saçır.

Ərazi piyada səkisinə çox yaxındır. Üstəlik səkinin işıqlandırılması yüksək səviyyədə deyil. Dərin və üstü açıq qalmış qazılının yerləşdiyi yolun digər tərəfində özəl məktəb yerləşir. Yəni ərazidə azyaşlılar çox olur.

Tez bir zamanda tədbir görülməzsə, daha bir faciə baş verə bilər.