Azyaşlılara əxlaqsız videoları satan şəxlər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda pornoqrafik videoçarxların satışı ilə məşğul olan şəxslər saxlanılıb. 

Cəlilabad rayonunda pornoqrafik videoçarxların satışı ilə məşğul olan şəxslər saxlanılıb.

TİA.AZ xəbər verir ki, rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı şəhərin Təbriz küçəsində yerləşən internet klubun işçiləri – Cavid Ağakərim oğlu Nəzərov və Hamil Rasim oğlu Xəlilov şübhəli şəxs qismində saxlanılıblar.

Məlum olub ki, onlar çalışdıqları yerdə internet vasitəsilə əldə etdikləri pornoqrafik videogörüntüləri yaddaş kartına köçürərək müxtəlif yaş həddindən olan azyaşlılara və gənclərə satıblar. Hər iki şəxs bu yolla əldə etdikləri pulları öz aralarında bölüb.

Saxlanılanlar törətdikləri əməli etiraf ediblər.