“Aztelekom” MMC-nin əlavə mütəxəssislərin işə cəlb olunması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
MMC bu işlər üçün 21 770 AZN nəzərdə tutub.