“Aztelekom”u 4 min manat cərimə gözləyir – SƏBƏB

“Aztelekom”u 4 min manat cərimə gözləyir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aztelekom” MMC ilə bağlı növbəti cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “Aztelekom”un İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

“Aztelekom”la bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 15 yanvar tarixində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Aztelekom” MMC-nin baş direktoru Həsən Ömərovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən