“Aztelekom” rayonlarda  monopoliya yaradır – Osman Gündüzbackend

“Aztelekom” rayonlarda monopoliya yaradır – Osman Gündüz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 avqustdan sonra ölkədə internetə əlçatanlıqla bağlı suala birmənalı cavab vermək mümkün deyil. Xüsusilə də regionlarda, yalnız “Aztelekom” dövlət provayderinin və təbii inhisarçının hökmranlıq etdiyi yerlərdə artıq internetə əlçatanlıq prinsipi pozulub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyde dib ki, əgər insanların internet üçün ağlabatan tarif seçimi imkanı yoxdursa, bu səbəbdən internetdən imtina edirsə, “şərikli internet”ə üstünlük verirsə, bu o deməkdir ki, ölkədə keyfiyyətli və “əlçatan internet” yoxdur:

“Ümid edirəm RİNN, Beynəlxalq Reytinqləri ölçən Komissiya, Ombudsman, Antiinhisar da bunun fərqindədir. Dünya Bankı da elə bu günlərdə bununla bağlı anonim sorğulara başlamalıdır.
Maraqlıdır, məhz seçim imkanının olmaması ucbatından “insanların əsas fundamental hüququndan”, internetdən imtina edilməsinə bizim hörmətli Ombudsmanımız görəsən necə münasibət sərgiləyir ?
Regionlardan isə internetdən imtina edənlərin və şərikli internet seçənlərin çox olduğu, saylarının isə daha da artdığı bildirilir”.

Nigar