“Aztelekom” MMC-nin sabiq baş direktoru azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova hökm oxunub.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə o, 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

M.Məmmədov 4 milyon 500 min manat mənimsəməkdə təqsirli bilinirdi.