Sentyabrın 24-də Abşeron rayon Məhkəməsində barəsində inzibati xəta haqqında icraat aparılan “Aztelekom”la bağlı baxılan işdə heç bir nəticə əldə edilməyib. MMC-nin cərimələnməsi növbəti ayda keçiriləcək prosesə qalıb.
Tribunainfo.az xəbər verir ki, son günlər narazılıq yaradan və abonentləri cərimələməklə hədələyən MMC ilə bağlı Abşeron rayon Məhkəməsində iş qaldırılmışdı. Məlum olmuşdu ki, MMC İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
“AZtelekom”la bağlı iş 2 oktyabr tarixinə təyin edilib. Abşeron rayon Məhkəməsində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, bu, daim narazılıq yaradan “Aztelekom”la bağlı ilk məhkəmə işi deyil. Qarşıdakı günlər ərzində şirkətin məhkəmələrdə 12 çəkişməsi var. Onlardan biri cərimə protokolu, biri isə keçmiş əməkdaşın qaldırdığı iddiadır.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar