“Aztelekom” kombi təmirinə 1.1 milyon manat xərcləyirbackend

“Aztelekom” kombi təmirinə 1.1 milyon manat xərcləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda nəinki qəribə, hətta əcaib tenderlərin keçirilməsi halları var. Tribunainfo.az xəbər verir ki, bu tenderlərin bəziləri artıq keçirilsə də, bəzilər üçün hazırlıqlar davam edir.
Son zamanlar adı bir çox qalmaqallara qarışan, son günlər isə onların internet xidmnətindən imtina edənləri 140 manat cərimələyən “Aztelekom” bu ilin sentyabrında “maraqlı” bir tenderə yekun vuracaq. Rəsmi qaynaqlara əsasən həmin tender üzrə katirovka sorğusu dünən verilib. Zərflərin açılması prosesi isə 25 sentyabrda reallaşacaq.
Tribunainfo.az xəbər verir ki, “Aztelekom” şirkətinin yekunlaşdırmağa hazırlaşdığı tenderin məqsədi kombi və qazanxana sisteminə texniki baxım və təmir xidmətlərinin göstərilməsidir.
Burada qeyri-adi heç nə yoxdur. Çünki şirkət bütün rayonlar üzrə bu işləri reallaşdırmaq hüququna sahibdir. Lakin “Aztelekom”un bu işlər üçün 1.094.529,06 manat ayırması qəribədir. Çünki bu məbləğ olduqca böyük rəqəmdir. Həmin pulla nəinki təmir işləri görə bilər, elə əksər şöbələrinin kombilərini yeniləmək imkanı da əldə edə bilər.