“Aztelekom” istifadəçisi şikayətçidir – “Onlar kimi özbaşına provayder yoxdur”backend

“Aztelekom” istifadəçisi şikayətçidir – “Onlar kimi özbaşına provayder yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu “Aztelekom” kimi özbaşına başqa provayder görmədim də mən. İnternetin aylığını ödəyəndə belə zülm çəkirik. Özlərinin probleminə, bacarıqsızlığına görə internetsiz qalırıq.

Tribunainfo.az yazır ki, bu barədə sözügedən provayder istifadəçisi Rüstəm Rəşidli yazıb. O bildirib ki, nə xidmət səviyyəsi normaldır, nə də müştəri xidmətləri:

“Aylıq ödənişi heç bir yerdən ödəmək olmur. Zəng eləmişəm qaynar xətlərinə, deyir, biz ödəniş sisteminə baxmırıq. Soruşuram hara zəng eləmişəm mən? Deyir, Aztelekoma. Soruşuram ki, bəs necə baxmırsız ? Mən kimə müraciət edim, nömrə verin zəng edim, deyir, nömrə verə bilmərik.
Deyirəm, yaxşı, mən interneti hansı yolla ödəyim? Deyir, gözlə düzələndə ödəyərsən.
Saatlardı hələ problem düzəlməyib, bunların probleminə görə internetsiz qalmışıq, hələ arsız-arsız özlərini haqqlı da çıxarırlar”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Nigar