Şikayətim “Aztelekom”dandır. Avqustun 10-u ilk yeni qoşulan müştəri olaraq internetin ödənişini etmişəm, amma modemdə qırmızı işıq yanır. Zəng edib servis sifariş vermişəm. Bir həftə keçib, amma nə problemi aradan qaldırmaq üçün əlaqə saxlayan var, nə də çağrı mərkəzinə düşmək olur.
Tribunainfo.az xəbər verir ki, bu problemlər abunəçi Namiq Eybalıyev üzləşib. O bildirib ki, “Aztelekom” çox səhlənkar şəbəkədir:
“Hər dəfə sırada 20-70 aralığında gözləyən var. Düşəndə də, şikayət kimi qeydə aldıq, 100% baxılacaq, deyirlər. Yəni ki, bir həftədir ödənişini etdiyim xidməti öz səhlənkarlıqlarına görə ala bilmirəm. Bunlardan imtina etmək lazımdır”.
Roman