“Aztelekom” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, sözügedən MMC İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələbini pozub. Tələbi pozulan maddəyə əsasən, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
“Aztelekom”la bağlı başladılmış iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. 24 sentyabr tarixində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə işə baxılacaq.
Nigar