Sığorta şirkəyi ilə broyler toyuq firması məhkəməlik olub.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “AzSığorta” sığorta şirkəti “Qaraqaşlı Broyler”i məhkəməyə verib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İki müəssisə sığorta müqaviləsi üzrə mübahisə edir.
İşə Şirvan Kommersiya Məhkəməsində hakim Elşən Abdullayevin sədrliyi ilə baxılacaq. Tərəflər arasında ikinci proses 17 oktyabr tarixində baş tutacaq.