“Azsığorta” ilə “Uzun Ömür-Süd Məhsulları” arasında sığorta mübahisəsibackend

“Azsığorta” ilə “Uzun Ömür-Süd Məhsulları” arasında sığorta mübahisəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sığorta bazarının əsas oyunçularından olan “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, “Uzun Ömür-Süd Məhsulları” MMC ASC barəsində iddia qaldırıb. MMC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Nərmin Əhmədova iş üzrə hakim təyin edilib.
Məhkəmə iclasının vaxtı barədə məlumat yoxdur. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda “AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.