“Azsığorta” ASC ilə “Azərsu” ASC məhkəməlik olub.
Tribunainfo.az yazır ki, buna səbəb “Azsığorta”nın “Azərsu”ya qarşı iddia qaldırması olub. İki ASC-ni üz-üzə qoyan səbəb isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. “Azərsu” sığorta müqaviləsi üzrə müqaviləyə əməl etmədiyi üçün tərəflər arasında mübahisələr yaranıb.
İşə hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxılacaq.