“Azsığorta” “Azərsu” ASC-ni məhkəməyə verib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, iki qurum arasında gedən məhkəmə çəkişməsində maraqlı olan tərəf də var. Belə ki, “Ukrayna Mehdanı” MTK sözügedən prosesdə maraqlı tərəf kimi çıxış edir.
İşə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.
İşin mahiyyəti tərəflər arasında bağlanmış müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Növbəti iclas Bakı Kommersiya Məhkəməsində 29 sentyabr tarixində baş tutacaq.