“Azsığorta” “Azərsu”yu məhkəməyə verdibackend

“Azsığorta” “Azərsu”yu məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı məhkəmədə iddia qaldırılıb.

Tribunainfo.az xəbər verir ki, ASC ilə bağlı ittihamı “Azsığorta” şirkəti irəli sürüb. İşin mahiyyətəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. “Azərsu” sığorta müqaviləsinə riayət etməyib. İddiaçı şirkət “Azərsu”dan subroqasiya qaydasında pul tələb edir.

Bakı Apellyasiya Məhkəməsində olan işə 3 iyuı tarixində baxılacaq. İş hakim Azad İmanovun icraatındadır.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar