“Azpul” MMC məhkəməyə verildibackend

“Azpul” MMC məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bank Olmayan Kredit Təşkilatı “Azpul” MMC (“Azpulmat”) ilə bağlı məhkəməyə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, sözügedən BOK-la bağlı iddianı Əliyev Fərid Əli oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Iddiaçı BOKT-un kredit müqaviləsi şərtlərini pozduğunu bildirib.

İşə Nərimanov rayon Məhkəməsində 22 oktyabr tarixində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq.

“Azpul” BOKT 18 sentyabr 2020-ci ildə Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayıb. BOKT-un İdarə Heyətinin sədri və qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur.

Nigar