“Azpul” BOKT 30 min manat  cərimələnə bilər

“Azpul” BOKT 30 min manat cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azpul” Bank Olmayan Kredit Təşkilatı barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT-da aparılan yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib. Məlum olub ki, “Azpul” BOKT İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə görə, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə,
vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

BOKT-la bağlı işə 1 avqust tarixində Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar