“Azpetrol” cərimələndi

“Azpetrol” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azpetrol LTD” MMC-yə cərimə protokolu yazılıb.

Tribunainfo.az yazır ki, “Azpetrol” İnzibati Xətalar Məcəlləsinin ictimai təhlükəsizlik qaydalarını pozub.
Tələbi pozulan 518.1-ci maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Məhkəmədə olan işə 12 mart tarixində Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacacaq.

Nigar