“Aznur”un Belarusdan gətirdiyi dondurulmuş toyuqlarda bakteriya – AŞKARLANDI

“Aznur”un Belarusdan gətirdiyi dondurulmuş toyuqlarda bakteriya – AŞKARLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Tribunainfo.az  AQTA-ya istinadən xəbər verir ki, tədbirlər çərçivəsində “Aznur” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Aqrokombinat Dzerjinskiy” MMC-nin istehsalı olan ümumi çəkisi 450 kq dondurulmuş bütöv toyuq məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.