“Azneft” İB-də bədbəxt hadisə..

“Azneft” İB-də bədbəxt hadisə..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azneft” İB “Neft Daşları”nda baş vermiş istehsalat qəzası zamanı bir neçə qadın əməkdaş xəsarət alıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı paylaşıb. O bildirib ki, hadisə bir neçə gün əvvəl “Azneft” İstehsalat Birliyinin Neft Daşları Neft-Qaz Çıxarma İdarəsinin Mənzil-İstismar Sahəsində qeydə alınıb.

Belə ki, estakada üzərində hərəkət edən zibildaşıyan avtomobilə qəfil arxadan avtokran çırpılıb. Hadisə nəticəsində zibil maşınında olan qadın işçilər müxtəlif dərəcəli xəsarətlər alıblar:

“İlkin məlumata görə, toqquşmaya səbəb avtokranın əyləc sistemində yaranmış nasazlıq olub. Təmirə ehtiyacı olan bu texnikanın istismara buraxılması daha ağır fəsadlara, o cümlədən yüksək təzyiqli qaz xətlərinə zərbə ilə nəticələnə bilərdi.

Məlumata görə, hadisə ilə bağlı hələlik heç kim məsuliyyətə cəlb edilməyib”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul