SOCAR “Azneft” İstehsalat Birliyi ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, “Azneft” İB-in İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 539.3-cü maddəsini pozduğu məlum olub. Belə ki, tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Azneft”lə bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 21 avqust tarixində hakim Sahilə Bağırovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Azneft” İstehsalat Birliyinin baş direktoru Qurbanov Əli Qurban oğludur. O, SOCAR-ın “Umid Babək Əməliyyat Şirkəti”nə (UBOC) uzun illər rəhbərlik edib.
Gülşən Rəsul