“Belarus” traktorlarının və aqreqatların lizinq və dövlət gözəşti ilə satışını həyata keçirən “Azmaş Lizinq” MMC məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, şirkətlə bağlı iddianı Cavadov Sərdar Əmrah oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.
Şirkətlə bağlı işə 25 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Azmaş Lizinq” MMC 2019-cu ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Fəridə Qaraxanova İsmixanovnadır.
Tərəfləri dinləməyə hazırıq.
Nigar