“AzInTelekom”un tenderi başa çatdı: qalib və məbləğ açıqlanmadıbackend

“AzInTelekom”un tenderi başa çatdı: qalib və məbləğ açıqlanmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

əqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC-nin bu ilin fevralın 27-də elan etdiyi tenderi yekunlaşdırıb.

İqtisadiyyat.azxəbər verir ki, MMC-nin “Mövcud HSM sisteminin genişləndirilməsi məqsədi ilə avadanlıqların və lisenziyaların satın alınması” ilə bağlı elan etdiyi tender başa çatıb.

Amma tenderin qalibi və qalib şirkətin təklif etdiyi məbləğ açıqlanmayıb.

Qeyd edək, sözügedən tender cari ilin fevralın 27-də elan olunub və təkliflərin son təqdim olunması və sərflərin açılış tarixi martın 28-i göstərilib. İyun ayının 10-da isə tenderin yekunlaşdığı elan olunub. Tender elan olunarkən “AzInTelekom” ehtimal olunan məbləğin 170 100 manat olduğunu açıqlayıb.

Xatırladaq ki, MMC-nin tenderdə elan etdiyi avadanlıq və lisenziya aşağıdakılardır:

Entrust nShield n5 Connect HSM BASE/MID/HIGH – 3 ədəd
netHSM xc üçün client lisenziyası – 18 ədəd
netHSM xc üçün ECC lisenziyası – 3 ədəd
netHSM xc üçün pər (fan) – 4 ədəd
netHSM xc üçün qida bloku – 6 ədəd