“AzFinance” 27% kiçilib, 1 milyon zərər edibbackend

“AzFinance” 27% kiçilib, 1 milyon zərər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzFinance İnvestisiya Şirkəti” QSC 2023-cü ilin birinci yarımilini 953,2 min manat zərərlə bitirib.

Valyuta.az bu barədə invesitsiya şirkətinə istinadən xəbər verir.

Hesabat dövründə şirkətin əsas investisiya xidmətləri üzrə gəlirləri 343,16 min manat, əməliyyat zərəri isə 896,7 min manat təşkil edib.
İnvestisiya şirkəti son göstəricilərə əsasən 27% kiçilib.

Belə ki, 25 iyun 2023-cü il tarixinə “AzFinance”nin cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 2,2 milyon manat azalaraq 5,92 milyon manata enib.
Şirkətin cəmi öhdəlikləri isə 20,5% və ya 922,6 min manat azalaraq 3,6 milyon manat təşkil edib. Eyni dövrdə investisiya şirkətinin cəmi kapitalı 2,34 milyon manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 34.9% və ya 1,3 milyon manat azdır.

Xatırladaq ki, “AzFinance” 2014-cü ildən fəaliyyət göstərir. İnvestisiya Şirkəti 2 fiziki şəxsə – Abid Məmmədova (84,97%) və İntiqam Səfərəliyevə (15,03%) məxsusdur. Sonuncu, həm də şirkətin direktorudur.