“Azərxalça” ASC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənayesi Parkında “Azərxalça ASC”-nə məxsus mövcud təmiz yun anbarının daxilində arakəsmələr inşa etməklə”Xalça emalı sexi”nin tikintisi ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.
Tenderin ümumi dəyəri 1 859 787 AZN olub.