“AtraBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərsu” ASC-yə qarşı məhkəmə iddiası üzrə ilkin qərardan verilən apellyasiya şikayətinə baxılıb.
“AtraBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərsu” ASC-yə qarşı məhkəmə iddiası üzrə ilkin qərardan verilən apellyasiya şikayətinə baxılıb.
TİA.AZ-n verdiyi xəbərə görə, bank icra qurumunun onlara təqdim etdiyi su qəbzini qanunsuz hesab edib. “AtraBank” qəbzdə yazılan məbləğin şişirdildiyini və borcun əssassız olaraq hesablandığını iddia edib.
Bununla bağlı 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək həmin borcun silinməsini tələb edib. Məhkəmə isə kommersiya qurumunun iddiasını təmin etməyib.
Bundan sonra “AtraBank” ləğv edilib və onun səlahiyyətləri Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilib.
Fond ilkin qərardan apellyasiya şikayəti verib. Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.
BİİM-in qətnaməsi ləğv edilib və Fondun iddiası təmin edilib. Beləliklə, banka yazılan sudan istifadəyə görə borc qəbzi əsassız hesab edilərək ləğv edilib.