“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir – FOTO

“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsun Holdinq” 25–27 noyabr tarixlərində Sankt-Peterburq şəhərində keçirilən ənənəvi “PeterFood” beynəlxalq ərzaq sərgisinin əsas iştirakçılarındandır. Şirkət ölkəmizin adından çıxış edərək məhsul müxtəlifliyini və istehsal gücünü geniş auditoriyaya təqdim edir.

Sərgidə holdinqə məxsus müxtəlif zavod və fabriklərdə istehsal olunan konservləşdirilmiş məhsullar, içkilər, kompotlar, limonadlar, nar şirəsi, turşu məhsulları, mürəbbələr və digər qida çeşidləri nümayiş olunur. Stendimizdə məhsulların təqdimatı ilə yanaşı, dequstasiya da həyata keçirilir ki, bu da ziyarətçilərə Azərbaycan brendlərinin keyfiyyətini birbaşa qiymətləndirmək imkanı verir.

Sərgi çərçivəsində “Azərsun Holdinq” nümayəndə heyəti müxtəlif ölkələrdən olan şirkətlər, xüsusilə də Moskva və ətraf regionlarda fəaliyyət göstərən iri marketlər şəbəkələri və topdan satış şirkətləri ilə işgüzar görüşlər keçirib. Mövcud əməkdaşlıqların genişləndirilməsi və yeni satış kanallarının açılması istiqamətində müzakirələr aparılıb.

“Azərsun Holdinq” üçün “PeterFood” sərgisində iştirak həm məhsulların beynəlxalq bazarlarda daha geniş tanıdılmasına, həm də Azərbaycanın ərzaq sənayesinin ixrac imkanlarının artırılmasına mühüm töhfə verir.