“AZƏRSU”YUN ADINDAN İSTİFADƏ EDİB YOLU ZƏBT ETDİLƏR – ŞİKAYƏT

“AZƏRSU”YUN ADINDAN İSTİFADƏ EDİB YOLU ZƏBT ETDİLƏR – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buzovna qəsəbəsində işlək yolu təmir adı ilə bağlayıb “Azərsu” ASC-nin adından istifadə edərək yolun ortasında qanunsuz tikinti aparırlar.

Tribunainfo.az yazır ki, bu barədə Buzovna sakinləri məlumat paylaşıblar. Onlar bildirib ki, qəsəbədə yerləşən “Zağulba Saray” adlı restoranın arxa hissəsində olan yolu “Azərsu” ASC təmir-tikinti işi apardığı üçün müvəqqəti bağlayıb. Hətta yola “Azərsu” ASC-nin məlumat lövhəsi də yerləşdirilib. Sakinlər ərazidə qazıntı işləri getdiyini ehtimal ediblər.
Yolun əks hissəsindən baxanda isə aydın olub ki, bir müddətdir bağlı olan yolda heç bir qazıntı işi aparılmır. Əksinə, bağlanan hissəyə divar hörülür.
Sakinlər bildirir ki, sonradan onlara aydın olub ki, yol qanunsuz formada zəbt olunub. Ehtimal edilir ki, məlumat lövhəsini də işi aparanlar məsuliyyətdən yayınmaq üçün yerləşdirib və yolu ASC-nin zəbt etdiyi fikri yaradıblar.

Sakinlər yolun kimin zəbt etməsindən asılı olmayaraq problemin aradan qaldırılmasını, yolun yenidən açılmasını tələb edirlər.