Yayın qızmar istisində “Azərsu” əhalini su ilə sınağa çəkir. Bir neçə gün əvvəl yaşanan dəhşətli istilərdə Sabunçu rayonunda 12 saat suyun verilməsində fasilə yaranmışdı. Bu gün də Əhmədli də əhali susuz qalıb.
Tribunainfo.az yazır ki, vətəndaş Lalə Eyvazova bildirib ki, Əhmədlidə Sarayeva 15 keçəsində su 7 saat tamamilə kəsilir:
“Demək olar hər gün saat 11-12-də heç bir xəbərdarlıq etmədən suyu kəsirlər. saat 6-ya qədər su gəlmir. 6-da verirlər, təkrar saat 10-da yenə kəsilir. Yayın istisində susuz qalmaq mümkün deyil. Bu barədə vətəndaşlara da heç bir məlumat verilmir”.