“Azərsu” (Su Ehtiyatları Agentliyi) kimi yarıtmaz başqa bir quruma rast gəlmədim axır ki. Nə telefona cavab verirlər, nə saytları düzgün işləyir, nə elektron müraciət işləyir.
Tribunainfo.az xəbər verir ki, bu barədə şikayəti təhsil üzrə ekspert Elçin Əfəndiyev paylaşıb. O bildirib ki, heç bir problemlə maraqlanmırlar, heç bir tədbir görmürlər:
“Bir neçə gün öncə zəng edib problemi bildirmişəm, üzərindən 3 gün keçir, bir əməkdaşı yaxınlaşmayıb ki, nədir problem?
Bu nə idarəetmədi? Bu nə bacarıqsızlıqdı?!”.
Bir çox abunəçi bu problemləri yeni rəhbərliklə əlaqələndirir. Digər şikayətçi Vəfa Səfərova bildirib ki, Zaur Mikayılov 2 ildir rəhbər təyin ediləndən qurumu bərbad hala salıb:
“O insan gələn kimi mənim ailəm dilənçi vəziyyətinə düşdü.16 il orada işləmiş yoldaşımı içdən çıxardılar. Zaur Mikayılov 1 ay işləməmiş çox adamın çörəyinə bais oldu. Özü ilə gətirdiyi komandası heç kimi saymır. Zaur Mikayılovun sayəsində Azərbaycan su görməyəcək”.
Digər şikayətçi Famil Axundov da qurumun fəaliyyətini tənqid edib:
“Onlara rəsmi müraciət etmişdim, e-gov.az saytından ki, məsuliyyət hiss edib ciddi yanaşsınlar işə. Elə ordan da mənə rəsmi cavab verdilər ki, guya problem həll olunub. Amma heç yarım nəfər belə yaxınlaşmamışdı problemdən ötrü. Onların yazdıqlarını çap edib problemi də ətraflı yazıb göndərdim prezident aparatına. Sonra başı alovlu tökülüb gəldilər, problemi həll etdilər”.
Qarşı tərəfin mövqeyini işıqlndırmağa hazırıq.
Roman