“Mən həmin səxsə iş gününü gözləyib sabah idarələrinə gəlməyimi təklif etsəmdə, o, hec bir vədə razı olmadı və kanalizasiya xəttini tıxaclayacını israrladı” Bakı şəhəri , Keşlə qəsəbəsi, Qurban Sadığ küçəsi dalan 2 ev 6 da yaşayan 2-ci qrup Qarabag müharibəsi əlili Əhməd Rəhmanov TİA.AZ-a “Azərsu”-dan şikayət edib. Onun şikayətini olduuğu kimi təqdim edir: “19 noyabr, 2017-ci il tarixində bazar günü olduguna baxmayaraq, özünü “Azərsu” nümayəndə kimi təqdim edən mobil nömrəsi 0708991326 olan və özünü Vüsal Əliyev kimi qələmə verən (qapıya gəldikdə hec bir vəsiqə təsdiq etmədiyi ücün ) bir şəxs guya ki, 2011-ci ildən bu yana 128 manat kanalizasiya haqqı ücün borcumuz oldugunu bildirdi.( Keşlə qəsəbəsində icməli su xətti demək olar olmadıgından məndə bir cox qonşularım kimi təsərüfat ücün quyu suyundan, icməyə isə kücədəki krantdan istifadə edirəm ) Həyat yoldaşım və evin sahibi olan Nəzirova Ülkər evdə əlil oglumla tək oldugundan qapını ona acmaqdan imtina etmişdi. Yoldaşım həmin səxsdən əlaqə nömrəsi alıb mənə göndərdikdən sonra mən həmin səxslə əlaqə yaradanda , o mənə təcili olaraq bu borcun ödəməyimi tələb etdi ,əks tədbirdə isə kanalizasiya xəttini tıxaclayacagıyla hədə gəldi.
Mən həmin səxsə iş gününü gözləyib sabah idarələrinə gəlməyimi təklif etsəmdə, o, hec bir vədə razı olmadı və kanalizasiya xəttini tıxaclayacını israrladı.(telefon danışıgımızın audio formatıda var .) Mənim isə bu günə kimi nə səbəbə yani onun dediyi kimi 7 il ərzində niyə borc barəsində hec bir bildirişin verilməməsi və nə səbəbə iş günü yox məhz istirahət günü gəlmisiniz ,( “Azərsu” nun satış xidmətinin 5 günlük is rejimində oldugu halda Sizin nə maragınız var ki, işdən əlavə gün qapıları gəzirsiz) sualıma isə cavab verə bilmədi. Mən özüm evdə olmadıgım halda ailəmin hər hansı bir kommunal və ya mənəvi sarsıntı kecirməyindən ehtiyat edərək , özünü Vüsal kimi qələmə verən səxsin mənə dediyi (və guya ki, bu hesabın mənim ünvanıma olan və itirilən hesabına ) 0402900600020 abonent hesabına 30 manat ödədikdən sonra aydın elədim ki, bu kod mənim ünvanıma aid olmayan Məmmədova V-ya məxsusdur.2010-cu ildə alqı satqı yoluyla əldə etdiyimiz evin son sahibi Baharova Sahibə Abdulsəlim qızı olmuşdur. (muqavilənin surətini təqdim edə bilərəm ).Bu ev bizə qaynatam tərəfindən hədiyyə olundugundan Həyat yoldaşım və 2 uşagım, Bakı şəhəri, Əmircan qəsəbəsi, Balandın kücəsi 1a mənzil 6-da qeydiyyatdadır və o evdə bütün kommunal xərclər ödənilir. Keşlə qəsəbəsində ki evdə isə cox az hallarda oluruq.Hörmətli, məktub oxucuları, indi burda bir necə sual ortaya cıxır. Mülkü məcəllənin 373.2. maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il oldugu halda, “Azərsu” nümayəndələrinin bu 6 il hardan və hansı tariflə hesablandı ?2-ci sual. Lap tutaq ki, mən burda yaşamadıgım ücün hec ödənişdə yadımda deyil (əslində 2-3 bundan öncə bir oglan gəlib kanalizasiya pulunu 1 illik alıb aparmışdı , bu bir yana ) bəs necə olur ki, bu müddət ərzində hətta bazar günləri ünvanları gəzən nəzarətcilərin və onların üzərində olan məsul şəxslərin bu yadından cıxıb. Həmin o “nümayəndə” demişkən lap tutaq ki, abonent kodumuz itib,ev ki yerində olub, hər dəfə qapıdan kecəndə niyə bir dəfədə olsa, bildiriş qoyub, xəbərdarlıq etməyiblər. Bundan əlavə 21 noyabr tarixində “Azərsu”nun Nizami rayon şöbəsinə yaxınlaşıb,dövlətə dəymiş ziyani ödəmək ücün mənə deyilən borc barədə borcun yaranma tarixini tələb edəndə isə bildirdilər ki, biz bunu edə bilmərik. Sual olunur niyə ?”Şikayətçinin sözlərinə görə 2- ci qrup Qarabag müharibəsi əlili kimi dövlətdən 320 manat pensiya alır və hazırda da əlil övladı var. Abonent bildirir ki, borc barədə vaxtında bildirişlər gəlsəydi, bu cür problem yaşamayacaqdı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.