backend

“Azərsu” nazirliyə 20 min uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin alt qurumu “Azərsu” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin alt qurumu “Azərsu” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirliyə tabe olan Bakı telefon Rabitəsi İstehsalat Birliyinin Sabunçu Telefon Qovşağı iddia ərizəsində ASC-yə olan 19 min 596 manat borcun silinməsini tələb edib.

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi “Azərsu”nun əleyhinə qərar çıxarıb və nazirliyin borcu silinib.

“Azərsu” isə qərardan narazı qalıb və apellyasiya şikayəti verib. İş icraata qəbul edilib və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə bu gün davam etdiriləcək.