“Azərsu” əməkdaşları abunəçiyə fiziki şiddət göstərməyə cəhd edib.
Tribunainfo.az yazır ki, bu barədə şikayətçi Aynur Kərimova yazıb. O bildirib ki, “Azərsu” şikayətlərinə baxmır, problemlərini həll etmir:
“Mənim şikayətim “Azərsu” ASC-dəndir. Şikayətimə baxilmir! Razı olmadığımız halda gətirib mexaniki sayğac yerləşdiriblər. Mən niyə sizin xarab olan sayğaca görə cibimdən pul verib smart sayğac almalıyam? Nə haqqla gətirib sayğacı fəyişirsiniz, icazəmiz yoxdursa? Şikayətimizə baxılmır, baş idarəyə yazın deyirlər”.
Şikayətçi bildirib ki, narazılığını bildirdiyinə görə, “Azərsu” əməkdaşları onun valideynlərinə fiziki şiddət göstərməyə cəhd də edib:
“İşçilərdən biri valideynimə fiziki şiddət gğstərməyə çalışıb. Gedin hara şikayət edirsiz edin deyiblər, bizde beledir. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V massivi. “Azərsu” ASC, bəlkə nəzarət edəsiz?”.